Cənubi Qafqaz
Ermənistanın siyasi səhnəsində ziddiyyətlər güclənir
Ermənistanın Şirak vilayətində günlərdi davam edən aksiyalar səngimir. Vilayət sakinləri Ani şəhərinin meri Akat Gevorkyanın istefası tələbi ilə beş günə yaxındır ki, mitinq keçirirlər.
Ermənistan KİV-ləri xəbər verir ki, aksiya iştirakçıları bildiriblər ki, A.Gevorkyan 14 ilə yaxın Maralikin meri olub. 16 icma birləşdiriləndən sonra da o, insanların narazılığına rəğmən vəzifəsində qalıb. Kütlə Gevirokyanı talançılıqda günahlandırır. Mer 10 ildən artıqdır ki, şəhər büdcəsini mənimsəyir. Əvəzində isə Anidə heç bir infrastruktur layihəsi həyata keçirilməyib. Narazı vətəndaşlar deyirlər ki, ölkədə bir neçə ay əvvəl “məxməri inqilab” oldu, yeni hökumət formalaşdırıldı. Amma heç nə dəyişmədi. Dəyişən sadəcə hakimiyyətdə olanlardır. Daha dəqiq iqtidar müxalifətə, müxalifət isə iqtidara çevrildi.
Narazı kütlə bəyan edib ki, köhnə klanın üzvlərindən hələ də hökumətdə qalanlar var. Onlar hələ də köhnə əməllərindən əl çəkməyiblər. Dövlətdən, xalqdan oğurluq davam edir. Etirazçıların sözlərinə görə, vaxtilə Maralik şəhərində 4 uşaq bağçası var idi. Mer onlardan birini sökdürərək yerində özünə ev tikib. Digər bağça isə indi pasport qeydiyyat şöbəsi kimi fəaliyyət göstərir. Qalan iki bina isə qəzalı vəziyyətdə olduğu üçün fəaliyyətini dayandırıb. Bundan başqa Artak Gevorkyanın şəhərin infrastrukturunun yenilənməsi üçün ayrılan 10 milyon dollar vəsaiti mənimsədiyi iddia olunur. Etirazçılar, bu şəxsin əməllərindən cana yığıldıqlarını deyirlər. Meri istefaya getməyəcəyi təqdirdə ölümlə hədələyiblər.
Bu arada Ermənistanın siyasi səhnəsində də ziddiyyətlər güclənir. Belə ki, “Sasna srer” silahlı qruplaşmasının həbsdən azad olunan üzvləri partiya yaradırlar. İşğalçı ölkənin baş naziri də terror təşkilatına dəstək verib. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayıb. Erməni politoloq Aşot Sarkisyan bu dəstəyin təsadüfi olmadığını bildirir və iddia edir ki, Sasna Srer qruplaşması Paşinyanın təkidi ilə siyasi partiya elan edilib. Baş nazir bu addımı Robert Köçəryan və Serj Sarkisyana qarşı öz mövqeyini gücləndirmək üçün atıb. Elə silahlı qruplaşmanın rəhbərlərindən Varujan Avetisyanın sözlərinə görə, onlar Serj Sarkisyanı və onun quldur dəstəsini tamamilə məhv etməyi qarşılarına məqsəd qoyublar. Çünki məhz Sarkisyanın siyasətinin əleyhinə çıxdıqları üçün iki ilə yaxın müddətdə həbs olunaraq mənəvi və psixoloji işgəncələrə məruz qalıblar. Politoloqlar isə hesab edirlər ki, “Sasna Srer” kimi radikal qruplaşmanın siyasi meydana çıxarılması Ermənistana təhlükə vəd edir (AZƏRTAC).
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var