Paşinyan Putinin hüzuruna gedir - Lavrov təsdiqlədi
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan Putinin hüzuruna gedir - Lavrov təsdiqlədi

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda görüşü planlaşdırılır.

Publika.az
xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi üçün Paşinyandan Ermənistandakı vəziyyətin inkişaf perspektivlərini necə qiymətləndirdiyini eşitmək əhəmiyyətlidir.

“Biz əlbəttə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qarşısında götürdüyü ödhəlikləri necə yerinə yetirdiyinə laqeyd deyilik. Təşkilatın nüfuzunun gücləndirilməsi və reputasiyası üçün bu öhdəliklərin tamamilə yerinə yetirilməsi lazımdır”, - deyə o bildirib.

Lavrov Putinlə Paşinyanın görüşünün vaxtının hələlik dəqiqləşmədiyini açıqlayıb.

Qeyd edək ki, Paşinyan da yaxın vaxtlarda Rusiya prezidenti ilə görüşmək üçün Moskvaya gedəcəyini açıqlamışdı.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm