Paşinyan Putinə buna görə yalvarırdı... - Qapalı görüşdə nələr baş verib?
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan Putinə buna görə yalvarırdı... - Qapalı görüşdə nələr baş verib?

Rusiya prezidenti Vladimir Putin sentyabrın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanı Moskvada qəbul etdi. Tərəflər görüşlə bağlı diplomatik açıqlamalar versələr də, bağlı qapılar arxasında keçirilən danışıqların detalları gizli olaraq qalır.

Publika.az
xəbər verir ki, “Qraparak” qəzeti danışıqların təfərrüatları ilə bağlı məlumat əldə edib.

Qəzet Rusiyadakı mənbələrə istinadən yazır ki, bağlı qapılar arxasında Paşinyan Putinin etibarını qazanmaq üçün hər şeyi edirdi.

“Paşinyan Putini öz niyyətlərinin təmizliyinə inandırmağa və onun etibarını qazanmağa çalışırdı. O, Rusiya ilə əməkdaşlıq etməyə və problemi məsələlərdə güzəştə getməyə hazır olduğunu bildirdi. Əgər problem hökumətdə “Amerika təsir agentləri”dirsə, o zaman Paşinyan onları əvəz etməyə söz verdi”, - deyə qəzet yazır.

Qəzet qeyd edir ki, Rusiyanın “ABŞ agenti” hesab etdiyi kadrların başında Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dayanır: “Yanvara qədər bəzi kadr dəyişikliklərinin olacağı gözləniləndir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm