Paşinyan bu gün ilk sınağına çıxır
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan bu gün ilk sınağına çıxır

Bu gün Ermənistanın paytaxtı İrəvanın Ağsaqqallar Şurasına seçkilər keçirilir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, seçkilərdə 12 partiya və siyasi blok iştirak edir.

İrəvanda yerli muxtariyyət haqqında qanuna uyğun olaraq, 65 üzvdən ibarət Ağsaqqallar Şurası paytaxt merini seçir. Əgər seçkilərin nəticəsinə görə, partiya və ya bloklardan biri 50 faizdən çox səs toplayarsa, onun namizədi seçilmiş mer hesab edilir. Əgər namizəd tələblərə cavab vermirsə, postdan imtina edirsə və ya əgər heç bir partiya Ağsaqqallar Şurasında 50 faizdən çox yer almırsa, o halda mer şura üzvlərinin gizli səsverməsi ilə seçilir.

Ermənistanın baş naziri Nikol Paşinyanın başçılıq etdiyi “Vətəndaş müqaviləsi” Partiyasının namizədi komediya aktyoru Hayk Marutyunyandır. Partiya seçkilərə “Mənim addımım” blokunda gedir. Seçkilərdə əsas mübarizənin Hayk Marutyunyanla “Çarukyan” fraksiyasının deputatı, “Çiçəklənən Ermənistan” Partiyasının namizədi Naira Zöhrabyan arasında gedəcəyi gözlənilir.

Ağsaqqallar Şurasına seçilmək üçün partiyalar ən azı 6, seçki blokları isə 8 faiz səs toplamalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm