"Dağlıq Qarabağ probleminin bir həll yolu var" - Sarkisyan
Bizi izləyin

Cənubi Qafqaz

"Dağlıq Qarabağ probleminin bir həll yolu var" - Sarkisyan

Dağlıq Qarabağ münaqişəsinin həlli nəticəyə hesablanmış müzakirələrdən keçir.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Armen Sarkisyan Gürcüstanın “Starvision” kanalına verdiyi müsahibədə deyib.

Sarkisyanın sözlərinə görə, Dağlıq Qarabağ problemi iki ölkə arasındakı gərginliyi artıra və genişmiqyaslı müharibəyə səbəb ola bilər.

“Qarabağ münaqişəsinin həlli təkcə Ermənistan və Azərbaycan üçün deyil, bütün bölgə üçün önəmlidir. Bu problemin müxtəlif həll yolu ola bilər, amma mənə elə gəlir ki, əsas yol nəticəyə hesablanmış danışıqlardır”, - deyə Armen qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm