Ermənistan prezidenti Azərbaycana gəldi və... - FOTO
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan prezidenti Azərbaycana gəldi və... - FOTO

Ermənistanın prezidenti Armen Sarkisyan işğal altındakı Azərbaycan torpaqlarına gəlib.

Publika.az
Ermənistan mediasında istinadən xəbər verir ki, Sarkisyan oktyabrın 14-də işğal altındakı Xankəndində keçirilən “məhsul bayramı”na qatılıb.

Erməni prezident Xankəndi küçələrini gəzib, işğal altındakı Azərbaycan torpaqlarında hazırda yaşayan ermənilərlə görüşüb, həmçinin, yarmarkaya baş çəkib, meyvələrdən yeyib.

Qeyd edək ki, son dövrlər erməni rəhbərliyi tez-tez işğal altındakı Qarabağa gəlir. Onların bu səfəri həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq hüquqa zidd addımlardır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm