Paşinyan ABŞ səfirinin "Qarabağı qaytarın" bəyanatına CAVAB VERDİ: "Ermənistan..."
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan ABŞ səfirinin "Qarabağı qaytarın" bəyanatına CAVAB VERDİ: "Ermənistan..."

“ABŞ səfirinin Dağlıq Qarabağla bağlı bəyanatını mesaj hesab etmək olar”.

Publika.az
xəbər verir ki, bu barədə baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin bəyanatını şərh edərkən deyib.

Paşinyan həmişə olduğu kimi danışıqların ruhuna zidd mövqe sərgiləyərək bildirib ki, “Ermənistan tərəfi münaqişənin nizama salınmasında öz mövqeyini dəfələrlə aydın şəkildə elan edib”.

Qeyd edək ki, ABŞ səfiri Riçard Mills “Dağlıq Qarabağ münaqişəsinin istənilən variantda nizama salınması işğal edilmiş ərazilərin müəyyən hissəsinin qaytarılmasını tələb edəcək. İlk dəfə Ermənistana gələndə ermənilərin böyük qismi işğal edilmiş ərazilərin qaytarılması ilə nəticələnəcək bütün danışıqlara qarşı çıxırdı. O fakt məni təəccübləndirir ki, Ermənistanda mümkün qərarlar və mümkün güzəştlər haqqında müzakirə praktiki olaraq yoxdur. İllər boyunca mənim hökumətim belə anlayırdı ki, bu ərazilərdə gələcəkdə “sülhə əvəz olaraq” zəbt edilib. Mən bu variantın heç kim tərəfindən dəstəklənmədiyini görəndə həqiqətən çox təəccüblənmişdim”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm