Cənubi Qafqaz
Rusiya Ermənistana MEYDAN OXUDU: Əgər ABŞ-dan silah alsanız...
“Ermənistan ABŞ-a yaxınlaşmağa və bu ölkənin silahını
almağa qərar verəcəksə, bu proses Kremlin xoşuna gəlməyəcək.
Doğrudur, mən bunun hansı dramatik nəticələrə gətirib çıxaracağını
bilmirəm, lakin nələrsə olacaq. Hərçənd, Gürcüstan və Ukrayna
nümunələri göstərir ki, Rusiyaya qarşı ABŞ-la dostluq etməyin
kədərli nəticələri olur”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı hərbi
ekspert Aleksandr Xramçik ABŞ prezidentinin milli təhlükəsizlik
üzrə müşaviri Con Boltonun İrəvanda olarkən, Ermənistan
rəhbərliyini ABŞ silahını almağa dəvət etməsini şərh edərkən
deyib.
Xramçik qeyd edib ki, ABŞ silahları müəyyən göstəricilərə görə
Rusiya silahlarını qabaqlayır.
“Lakin bu silahlar kifayət qədər bahalıdır və Ermənistan hərbi
büdcəsi bunu qarşılaya bilməz. Ukraynada eyni vəziyyət yarandı,
halbuki, bu ölkənin hərbi büdcəsi Ermənistanın hərbi büdcəsindən
dəflərlə çoxdur. Yəni ABŞ-dan metal qırıntısı almaq ucuz olacaq və
bu qırıntılar Rusiya silahından heç də yaxşı deyil. Yox, ən müasir
silahlar almaq istəyən, gərək bunun üçün fantastik miqdarda pullar
ödəsin. Digər tərəfdən, ABŞ-ın Ukrayna kimi Ermənistana da “soyuq
müharibəsi”ndən qalmış köhnə silahlar verəcəyi istisna deyil.
Bununla yanaşı, ABŞ silahını saxlamaq da əlavə xərclər deməkdir.
Çünki şəxsi heyəti yenidən öyrətmək və yeni silahlar üçün detallar
almaq lazımdır. Müharibə zamanı da Ermənistan ordusunun
arsenalındakı Rusiya silahları ilə ABŞ silahları arasındakı
kombinasiyanı yaratmaq çətin olacaq”, - deyə o bildirib.
Asif
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO


































.jpg)

.jpg)