Sarkisyan seçkilərlə bağlı QƏRAR VERDİ
Bizi izləyin

Cənubi Qafqaz

Sarkisyan seçkilərlə bağlı QƏRAR VERDİ

Ermənistanın Respublikaçılar Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkənin keçmiş müdafiə naziri, partiya üzvü Vigen Sarkisyan jurnalistlərə bildirib.

“Növbədənkənar parlament seçkilərində iştirak etmək barədə qərar qəbul edilib”, - o, partiya rəhbərliyinin keçirdiyi toplantıdan sonra deyib.

O əlavə edib ki, partiya hazırda transformasiya mərhələsindədir və müxalifət partiyası kimi öz təcrübəsindən istifadə etməyə hazırdır.

“Bizdə qısa müddətə seçkilərə hazırlaşmaq imkanları var”, - Sarkisyan qeyd edib.

Keçmiş prezident Serj Sərkisyan və keçmiş baş nazir Karen Karapetyanın adları isə Respublikaçılar Partiyasının seçki siyahısında yoxdur. Partiyanın seçki siyahısına Vigen Sarkisyan başçılıq edəcək.

Qeyd edək ki, Pespublikaçılar Partiyasına Serj Sarkisyan rəhbərlik edir. Ölkədə növbədənkənar parlament seçkiləri isə dekabrın 9-da keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm