Ermənistanda etirazlar başladı, xalq AYAĞA QALXDI - FOTO
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda etirazlar başladı, xalq AYAĞA QALXDI - FOTO

Ermənistanda dəmiryolçular tətilə başlayıb.

Publika.az
xəbər verir ki, “Cənubi Qafqaz dəmiryolu” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları mükafatlarının ödənməsi tələbi ilə şirkətin İrəvanın mərkəzindəki ofisinin önünə toplaşıblar.

Məlumata görə, tətilə İrəvan, Gümrü, Vanadzor və digər böyük şəhərlərdəki maşinistlər qoşulub.

“Biz büdcə artımına görə 25 faiz əlavə mükafat alırdıq. Son 10 ayda cəmi 10 faiz mükafat alırıq, hərçənd, planı artıqlaması ilə ödəyərək, şirkətə qazanc gətirmişik. Biz demirik maaşımızı qaldırsınlar, biz əməyimizin qarşılığını almaq istəyirik. Bütün xalq kreditlərin altında əzilir”, - deyə etirazçılar bildirib.

QSC-nin mətbuat katibi Ruben Qrdzelyan bildirib ki, şirkətin əməkdaşları aylıq istehsal göstəricilərinə görə mükafat alırlar.

“Son iki ayda yükdaşımaların göstəriciləri aşağıdır, buna görə də mükafatlar kəsilib”, - deyə o bildirib.

Dəmiryolçular isə istehsal göstəricilərinin aşağı düşməsinin onların günahı olmadığını bildiriblər. Şirkətsə mükafatın miqdarını 10 faizdən artıq qaldıra bilməcəyəklərini bəyan edib. Etirazlar davam edir.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm