Ter-Petrosyandan gözlənilməz addım: Paşinyana...
Bizi izləyin

Cənubi Qafqaz

Ter-Petrosyandan gözlənilməz addım: Paşinyana...

“Erməni Milli Konqresi” Partiyası (AMK) növbədənkənar parlament seçkilərində iştirakdan imtina edib.

Publika.az
xəbər verir ki, bu barədə “Jamanak” qəzeti yazıb.

Məlumata görə, dünən AMK rəhbərliyinin toplantısı keçirilib. Toplantıda dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməməklə bağlı qərar qəbul edilib.

“AMK əvvəlcə öz ehtimal namizədlərinin lazım olan sənədlərini toplamaq qərarına gəlmişdi, çünki vəziyyət hər an dəyişə bilər. Sonda isə seçkidə iştirakdan imtina qərarı verildi, çünki uğursuzluq əvvəlcədən görünür”, - deyə qəzet yazır.

Qeyd edək ki, AMK lideri Levon Ter-Petrosyan Nikol Paşinyanın müəllimi sayılır. Hətta bu gün Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı sərt açıqlamalar verən Paşinyanın əslində Qarabağ məsələsində Petrosyanla eyni fikirdə olduğu və səsləndirdiyi iddiaların daxili auditoriyaya ünvanlandığı deyilir. Ehtimallara görə, AMK-nin seçkiyə qatılmaması dolayısı ilə Nikol Paşinyana dəstək xarakteri daşıyır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm