Ermənistan yox olacaq - Markosyan Paşinyanın yalanını açıb İNANILMAZ ETİRAF ETDİ
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan yox olacaq - Markosyan Paşinyanın yalanını açıb İNANILMAZ ETİRAF ETDİ

“Bu gün Ermənistan demoqrafik uçurumun astanasındadır”.

Publika.az
xəbər verir ki, bu barədə erməni demoqraf Artak Markosyan baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın “qarşıdakı 20 ildə Ermənistanda əhalinin sayı ikiqat artacaq” açıqlamasını şərh edərkən deyib.

Erməni demoqraf hesab edir ki, əhalinin sayı artmasa, Ermənistanın müstəqilliyi təhlükə altına düşəcək.

“Əgər qonşu ölkələrə baxsaq, Gürcüstandan savayı digər ölkələrdə - Türkiyə, Azərbaycan və İranda əhalinin sayı sürətlə artır. Misal üçün, Türkiyə və İranın əhalisi hər il təbii artımla 800-900 min çoxalır. Qarşıdakı illərdə Azərbaycan əhalisinin ən az 1 milyon artacağı proqnozlaşdırılır. Bizdə isə vəziyyət dəhşətlidir. Paşinyanın dedikləri çox yaxşı arzudur, amma imkanlarımızı düzgün qiymətləndirməliyik. Ümumiyyətlə, qarşıdakı 20 ildə əhalinin sayını ikiqat artırmaq üçün lazım olan o qədər erməni varmı? Ölkədən gedənlər geri qayıdıb həmişəlik Ermənistanda yaşamaq istəyirlərmi? İstisna deyil ki, yaxın illərdə Ermənistanda əcnəbilərin sayı arta bilər. Bizim cəmiyyət monoetnikdir, çünki 98 faiz əhali ermənilərdir. Lakin biz əcnəbilərin ölkəyə gətirilməsi və burada yaşamasını təmin etsək, problemi qismən həll edə bilərik”, - deyə o bildirib.

Artak Markosyan qeyd edib ki, Ermənistanda emiqrasiya sürətlə çoxalır: “İlk növbədə bunun qarşısı alınmalıdır. Digər tərəfdən, bu gün Ermənistan depopulyasiya yolundadır. Ölüm sayı doğuş sayını üstələyir”.

Asif



Oxumağa davam et
Reklam
Reklam

Gündəm