Cənubi Qafqaz
Paşinyanın erməni homoseksuala iltifatı: “Onun gözləri...” - BİABIRÇILIQ
“Ermənistanda gey-paradın keçirilməsi ətrafında
ehtiraslar qızışır. Xüsusilə 9 dekabrda keçiriləcək növbədənkənar
seçkilərdən öncə bu məsələ ətrafında qalmaqal yaranıb. Baş nazir
vəzifəsini əvəz edən Nikol Paşinyan isə homoseksualizmin anlaşılmaz
izahını verdi və bununla öz siyasi imicini zərbə altına qoydu”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist
Sergey Dorenko “Qovorit Moskva” radiosuna müsahibəsində deyib.
Dorenko Paşinyanın Parisdəki mehmanxanada rastlaşdığı hadisəni
danışmasını xatırladıb.
Paşinyan deyib ki, Parisdə ona bir erməni oğlan qəhvə verirdi.
“Qulaq as, sən niyə Ermənistana qayıtmırsan?” –
Paşinyan oğlandan soruşur.
O deyir: “Biz mənim məşuqumla birlikdə
qaçdıq”.
Yəni, bir-birini sevən iki erməni oğlan Fransaya qaçdılar, çünki
onlar üçün həyat dözülməz imiş.
Paşinyan danışır ki, o, bu oğlan haqqında çox düşünüb.
Dorenko yazır ki, bu fikirlər Paşinyanın siyasi imicini alt-üst
etdi.
“Mən homofob deyiləm, lakin sağlam cəmiyyətlərdə ailə institutu
əhəmiyyətlidir. Bu mənada, nə Rusiya, nə də erməni cəmiyyəti
istisnadır. Yəni, ermənilərin böyük hissəsi bu məsələdə
mühafizəkardır. Paşinyanın Parisdəki erməni oğlan haqqında
dedikləri isə siyasi imicinə ciddi zərbə vurur. Siyasətçi Paşinyan
siyasi mövqe tutmalıdır. Lakin o danışır ki, “bu oğlanda
gözəl gözlər var idi”. Belə olanda biz Paşinyan haqqında
başqa cür düşünməyə başlayırıq. Yəni, o, anlamağa imkan verir ki,
homoseksuallara simpatiya hiss edir”, - deyə rusiyalı jurnalist
qeyd edir.
Doronekonun bu sözləri Ermənistanın Rusiyadakı səfirliyini
qıcıqlandırıb. Səfirlik jurnalistin Ermənistan rəhbərliyi haqqında
biabırçı fikirləri ilə efir normalarını pozduğunu iddia edib.
Asif
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır
-
ABŞ09:00ABŞ-da növbəti "şatdaun" - Tramp tarix verdi












.jpg)










.jpg)


.png)

.jpg)










