Paşinyanın oğlunun Qarabağda hərbi xidmətdə olması YALAN ÇIXDI
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyanın oğlunun Qarabağda hərbi xidmətdə olması YALAN ÇIXDI

Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan ölkədə oğlunu hərbi xidmətə göndərən yeganə lider olduğunu bildirib.

Publika.az
Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan bu barədə Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunda seçicilərlə görüş zamanı danışıb.

Paşinyan bildirib ki, o, Ermənistanda oğlunu Qarabağda xidmətə göndərən yeganə liderdir: “Ermənistan və Qarabağa rəhbərlik edən şəxslərin oğulları isə nə Ermənistanda, nə də Qarabağda xidmət edib”.

Paşinyanın bu açıqlaması Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində separatçıların narazılığına səbəb olub.

Separatçıların nümayəndəsi David Babayan Paşinyanın dediyi sözləri sübut etməsini istəyib.

Separatçıların rəhbərinin “hərbi nümayəndəsi” Tiqran Abramyan isə Paşinyanın oğlunun ümumiyyətlə hərbi xidmətdə olduğunun şübhəli olduğunu açıqlayıb.

Qeyd edək ki, Paşinyan ictimai nüfuz qazanmaq üçün oğlunu Qarabağda hərbi xidmətə göndərdiyi deyilsə də, əslində bunun yalnız kağız üzərində olduğu haqqında məlumatlar var.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm