• USD 1,7000 0,00% EUR 2,0264 +0,09%
    • GBP 2,3680 +0,13% RUB 0,0233 0,00%

Saakyanın Moskva səfərinə Rusiyadan RƏSMİ CAVAB

Saakyanın Moskva səfərinə Rusiyadan RƏSMİ CAVAB

“Qondarma DQR-in “başçısının” Moskvaya səfəri şəxsi səfərdən başqa bir şey deyil”.

Publika.az
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimin “rəhbəri” Bako Saakyanın Moskvaya səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Saakyan şəxsi səfər etdiyi üçün bu, Rusiya qanunvericiliyinə zidd deyil.

“Onun statusu aşkardır və şəxsi səfər etməsi nə Rusiya qanunvericiliyinə, nə beynəlxalq razılığa, nə də Dağlıq Qarabağ münaqişəsinin nizam salınmasında Rusiyanın vasitəçilik missiyasına ziddir. Buna görə də Azərbaycan tərəfinin bəyanatında Rusiyaya qarşı irəli sürülən iddialar bizim nöqteyi-nəzərimizdən əsassızdır”, - deyə o bildirib.

Həmçinin Zaxarova qeyd edib ki, ATƏT-in üzv ölkələrinin xarici işlər nazirlərinin şura iclasında Rusiya xarici işlər naziri Sergey Lavrov ikitərəfli görüşlər çərçivəsində Qarabağ münaqişəsinin nizama salınmasını müzakirə edə bilər.

Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR