Ermənistan Rusiyadan yeni QIRICILAR ALIR - 100 milyon dollarlıq saziş
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan Rusiyadan yeni QIRICILAR ALIR - 100 milyon dollarlıq saziş

“Su-30SM” qırıcılarının Ermənistana çatdırılması üzrə Moskva və İrəvan arasında saziş müqaviləsinin imzalanmasına hazırlıq bitmək üzrədir.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Ermənistanın müdafiə naziri vəzifələrini icra edən David Tonoyan bildirib.

Tonayan qeyd edib ki, tərəflər müqavilənin imzalanmasının son mərhələsinə yaxınlaşır. Onun sözlərinə görə, silah alınması üçün Rusiyanın Ermənistana verdiyi 100 mln. dollar məbləğində kreditlə bağlı sazişin həyata keçirilməsi üzrə prosedurlar da başa çatmaq üzrədir.

Tonoyan həmçinin hərbi sferada Rusiya və Ermənistanın sıx əməkdaşlığından danışıb və qeyd edib ki, hazırda “birgə tədbirə” hazırlıq gedir. Ancaq o, məhz hansı tədbirdən söhbət getdiyini dəqiqləşdirməyib..

Xatırladaq ki, İrəvan və Moskva ötən ilin ilin oktyabrında yeni ixracat kreditinin Ermənistana ayrılması haqqında razılaşmanı imzalayıb. Kredit Rusiyada istehsal edilmiş hərbi məhsulun çatdırılmasına xərclənəcək.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm