Qarabağda müharibə və… - Paşinyanı gözləyən 3 ÇƏTİN VƏZİFƏ
Bizi izləyin

Cənubi Qafqaz

Qarabağda müharibə və… - Paşinyanı gözləyən 3 ÇƏTİN VƏZİFƏ

Nikol Paşinyanın lideri olduğu partiyanın qələbə çaldığı aşkardır, o təkbaşına hökuməti formalaşdırmaq imkanı qazanacaq. 20 ildən sonra “Qarabağ klanı” rəsmən hakimiyyətdən uzaqlaşdırıldı.

Publika.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, Paşinyan qısa müddət ərzində təkbaşına hökuməti formalaşdıracaq. Politoloq hesab edir ki, qarşıda onu 3 çətin vəzifə gözləyir.

1. Dağlıq Qarabağ münaqişəsinin həllində addım atmasa cəbhə bölgəsində vəziyyət gərginləşəcək, üstəgəl Qarabağdakı girovlarımızın “hamının hamıya” dəyişdirilməsini uzada bilməyəcək;

2. İstisadi islahatlar aparmaq üçün əlavə vəsaitə ehtiyac var, o biri tərəfdən də Ermənistanın artan xarici borc problemini həll etməlidir;

3. Xarici siyasət kursunu müəyyənləşdirməlidir, Rusiya və Qərb arasında vurnuxması Moskvanın xoşuna gəlmir, ancaq Qərbə yaxınlıq da Paşinyana xüsusi divident vəd etmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm