Ermənistanın təhsil müəssisələrində minlərlə qanun pozuntusu qeydə alındı
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanın təhsil müəssisələrində minlərlə qanun pozuntusu qeydə alındı

Yanvarın 1-dən noyabrın 20-dək Ermənistanın ali, orta və ixtisaslaşdırılmış təhsil müəssisələri öz qanunsuz fəaliyyətləri ilə dövlətə 81 min dollardan çox ziyan vurublar.

Publika.az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin (İK) mətbuat xidməti məlumat yayıb.

"İK-nın ayrı-ayrı şöbələri98 cinayət işinə baxıblar. Onlardan 77-si bölgələrdə qaldırılıb, 21 isə İrəvanda. Eyni zamanda ümumi təhsil müəssisələrində qanun pozuntuları ilə bağlı 75, məktəbəqədər təhsil müəssisəsi və kolleclərdə 15, ali məktəblərdə isə 8 cinayət işi açılıb", - deyə məlumatda bildirilir.

Cinayət işlərindən 3-ü məhkəməyə göndərilib, 18 iş üzrə icraat dayandırılıb, 75 cinayət işi ilə bağlı istintaq davam edir.

Şübhəli şəxs qismində 42 nəfər istintaqa cəlb olunub. Onlardan 40-nın ölkədən çıxışına qadağa qoyulub.

İttihamlardan 20-si tədris müəssisəsi direktorlarına, 1-i direktor müavininə, 2-si müəllimlərə, 2-si keçmiş direktor müavinlərinə, 1-i keçmiş prorektora, 14-ü tədris müəssisələrinin digər əməkdaşlarına qarşı irəli sürülüb. Onlardan 2-si rüşvət almaqda ittiham olunur", - deyə məlumatda bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm