Cənubi Qafqaz
Paşinyan Türkiyə və Qarabağla bağlı MÖVQEYİNİ AÇIQLADI: İlkin şərt olmadan...
Ermənistanda növbədənkənar parlament seçkilərində qalib
gələn Nikol Paşinyan Türkiyə və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
açıqlama verib.
Publika.az xəbər verir ki, Paşinyan Türkiyə ilə
münasibətlərin normallaşması ilə bağlı yeni bir addım atmayacağını
açıqlayıb.
“Türkiyə ilə münasibətlərimiz Dağlıq Qarabağ münaqişəsi ilə
bağlıdır. Ermənistanla Azərbaycan arasındakı münaqişə Türkiyə ilə
Ermənistanın münasibətlərinə də təsir edir. Əvvəl də açıqlamışdım.
Türkiyə ilə ilkin şərt olmadan münasibətlər qurmağa hazırıq. Ümid
edirəm Türkiyə də buna hazırdır”, - deyə Paşinyan bildirib.
Paşinyan Qarabağ münaqişəsinin həll olunacağına ümid etdiyini qeyd
edib.
“Bu problemi həll etməyə ümid edirik. Sülh yolu ilə həll variantını
güclü şəkildə dəstəkləyirik”, - deyə Paşinyan Ermənistanın işğalçı
tərəf olduğunu həmişə olduğu kimi gizlətməyə çalışıb.
Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarını işğal etdiyi üçün
Ermənistanla bütün diplomatik əlaqələri kəsib. Rəsmi Ankara
əlaqələrin qurulması üçün ilk növbədə Azərbaycanın ərazi
bütövlüyünün bərpası tələbini irəli sürür.
Asif
-
Magazin123:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ