Putindən Paşinyana ZƏRBƏ: Moskva...
Bizi izləyin

Cənubi Qafqaz

Putindən Paşinyana ZƏRBƏ: Moskva...

Rusiya prezidenti Vladimir Putin Ermənistanda parlament seçkilərində qalib gələn Nikol Paşinyanı təbrik etməyib.

Publika.az
xəbər verir ki, bu, Ermənistanda birmənalı qarşılanmayıb.

“Lragir” saytı yazır ki, Putin ümumiyyətlə görüşlərə gecikmək vərdişinə malikdir: “Danışırlar ki, bu, onun qarşısındakını gözləməyə məcbur etməyə hesablanmış addımıdır. Görünür, indi Putin Ermənistanda parlament seçkilərindən sonra təbrik göndərməyi gecikdirməyə qərar verib. Artıq Vaşinqton, London, Brüssel, Tehran, Tbilisi, hətta Kişinyovdan təbriklər gəldi, lakin Moskva susur”.

Sayt qeyd edir ki, bu günlərdə Gümrüdə rus hərbiçisi erməni qadını öldürüb.

“Lakin Rusiya hərbi bazasının rəhbərliyi həmin hərbiçini Ermənistanə təhvil verməyib. Güman ki, İrəvan hərbiçinin təhvil verilməsini tələb edir, Rusiya qarşı çıxır. Ola bilsin ki, bu hadisə Putinin təbrikini gecikdirir. Ümumilikdə isə Rusiyadan təbrikin gəlməməsi də o qədər təəccüblü olmazdı, Moskva bunu bacarır”, - deyə sayt qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm