Erməni müxalifətindən Kremli ŞOKA SALACAQ BƏYANAT
Bizi izləyin

Cənubi Qafqaz

Erməni müxalifətindən Kremli ŞOKA SALACAQ BƏYANAT

Respublika Partiyası Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə qarşı çıxmağa davam edəcək.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu “Biz” blokunun tərkibində növbədənkənar parlament seçkilərində iştirak edən “Respublika” Partiyasının üzvü Anya Xaçatryan deyib.

Hakimiyyətin siyasətini dəstəkləyib-dəstəkləməyəcəyinə gəlincə, Xaçatryan bildirib ki, onlar ehtiyac yarandığı halda müxalifət olacaqlar:

“Əgər nəsə yaxşı hazırlanarsa, onda biz müxalifətdə olmayacağıq. Bizdə hələ seçkilərdən əvvəl formalaşmış mövqe var. Biz Avrasiya məkanına inteqrasiyası ilə bağlı məsələlərdə müxalifətdə olmağa davam edəcəyik”, - o bildirib.

Xatırladaq ki, yeni yaradılmış blok dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 2 faiz (parlamentdə keçməsi üçün seçki bloklarından 7 faizdən çox səs toplaması tələb olunurdu –red.) səs toplayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm