Türk dövlətindən Ermənistana zərbə
Bizi izləyin

Cənubi Qafqaz

Türk dövlətindən Ermənistana zərbə

Qırğız Respublikası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Belarus nümayəndəsinin baş katib olmasını dəstəkləyib.

Publika.az
xəbər verir ki, bu barədə Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov deyib.

Jeenbekov bu il KTMT-də sədrlik Qırğız Respublikasına keçdiyini deyib: “Mən Belarus Təhlükəsizlik Şurasının katibini qəbul etdim, biz danışdıq və mən qərar verdim. Hesab edirəm ki, KTMT kimi əhəmiyyətli təşkilatı baş katibsiz qoymamalıyıq”.

Qeyd edək ki, KTMT-də baş katiblik 2020-ci ilə qədər Ermənistanda olmalı idi. Lakin Yuri Xaçaturova cinayət işinin açılmasından sonra İrəvan bu postu itirdi. Hazırda təşkilat içində ciddi qarşıdurma var. Əlifba sırasına görə, Ermənistandan sonra baş katiblik Belarusa keçməlidir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm