Rusiyadan Ermənistana SARSIDICI ZƏRBƏ: qazın qiyməti qaldırıldı
Bizi izləyin

Cənubi Qafqaz

Rusiyadan Ermənistana SARSIDICI ZƏRBƏ: qazın qiyməti qaldırıldı

Rusiya əvvəlcədən xəbərdarlıq etdiyi kimi, Ermənistana satdığı qazın qiymətini artırıb.

Publika.az-ın erməni mediasına istinadən verdiyi xəbərə görə, 2019-cu ilin 1 yanvarından etibarən İrəvan Moskvadan aldığı qazın hər min kubmetri üçün ötən il olduğu kimi, 150 dollar deyil, 165 dollar ödəməli olacaq. Artıq “Qazprom” bununla bağlı rəsmi açıqlama yayıb. Bildirilir ki, “Qazprom” nümayəndəsi Aleksey Millerlə Ermənistanın baş nazir müavini vəzifəsini icra edən Mqera Qriqoryan arasında anlaşma əldə olunub. Razılığa əsasən, 2019-cu il ərzində Ermənistan Rusiyadan 2,5 milyard kunbmetr qaz alacaq.

Qeyd edək ki, Rusiya mənbələri Ermənistana satılan qazın 215 dollaradək başalanacağını anons etmişdilər. Lakin Rusiyada günlərlə davam edən danışıqların sonunda Kreml İrəvana güzəşt etdi.

Hazırda İran da Ermənistana qazı 150 dollara satır. Nikol Paşinyan isə əhali üçün nəzərdə tutulan qazın tariflərini qaldırmamağın yollarını arayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm