Cənubi Qafqaz
Azərbaycana görə Ermənistan parlamentində DAVA DÜŞDÜ - VİDEO
Ermənistan parlamentində deputatlar arasında dava
düşüb.
Publika.az xəbər verir ki, “Çiçəklənən Ermənistan” və
“İşıqlı Ermənistan” fraksiyasının deputatları arasında mübahisə baş
verib.
“İşıqlı Ermənistan” fraksiyasının deputatı Arman Babacanyan
Ermənistanın xarici siyasətini tənqid edib və səfirlərin səmərəli
fəaliyyət aparmadığını bildirib. O, Ukraynadakı erməni səfirin
fəaliyyətini nümunə olaraq göstərib.
“Çiçəklənən Ermənistan” fraksiyasının katibi Arman Abovyan
Babacanyanı yalan danışmaqda ittiham edib.
“Cənab Babacanyan, siz yəqin ki, mənim üç il Ukraynadakı səfirimiz
Andranik Manukyanın məsləhətçisi işlədiyimdən xəbərsizsiniz. Sizin
səsləndirdiniz tezislər və ittihamlar əsasən Ermənistanın
informasiya sahəsinə Azərbaycan tərəfindən ötürülən məlumatlardır.
Sizi bu tribunadan Azərbaycanın tezislərini səsləndirməyə nə vadar
edir?!”, - deyə o bildirib.
“İşıqlı Ermənistan” fraksiyasının deputat qrupu isə Abovyana
yerlərindən etiraz ediblər, ardınca “Çiçəklənən Ermənistan”
fraksiyasının deputat qrupu prosesə müdaxilə edib. Bundan sonra
qarşıdurma yaşanıb. Sonda isə spiker Ararat Mirzoyanın
müdaxiləsindən sonra deputatlar sakitləşib.
Asif
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov