Erməni türkoloq Çavuşoğlunun Qarabağla bağlı bəyanatını şərh etdi
Bizi izləyin

Cənubi Qafqaz

Erməni türkoloq Çavuşoğlunun Qarabağla bağlı bəyanatını şərh etdi

Ankara Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlunun diliylə növbəti dəfə Ermənistanla münasibətlərin bərpası üçün əsas şərti açıqlayıb. O, Antalyada tələbələrlə görüşündə bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi regionun sabitliyi üçün təhdiddir.

"Qarabağ münaqişəsi nizamlanmadan Qafqazda sabitlik mümkün deyil. Həmçinin bizim üçün Ermənistanla münasibətlərin tənzimlənməsi də mümkün deyil. Biz 2019-cu ildə də bu məsələ ilə bağlı davamlı iş görəcəyik", - Türkiyənin xarici siyasət idarəsinin başçısı deyib.

Publika.az xəbər verir ki, “Sputnik” agentliyinə bu bəyanatı şərh edən türkoloq Varujan Qeqamyanın sözlərinə görə, Ermənistanın rəhbərliyində Türkiyə ilə dəqiq siyasət olmadığından, belə passivlik Ankaranın əlinə oynayır.

Qeqamyan qeyd edib ki, Türkiyə həm Azərbaycan, həm də Gürcüstanla ikitərəfli və üçtərəfli formatlarda fəal işləyir, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin başçılarının iştirakı ilə vaxtaşırı üçtərəfli sammitlər keçirilir. Bundan başqa, onun sözlərinə görə, Ankara Qafqazda maraqları olan güc mərkəzləri ilə əməkdaşlıq edir.

“Bu kontekstdə Qarabağ münaqişəsinin nizama salması haqqında Çavuşoğlunun bəyanatına Ermənistana təzyiq cəhdi kimi baxmaq lazımdır. Türkiyə göstərir ki, regionda xüsusi halda, İrəvan onun fikri ilə hesablaşmalıdır. Ankaranın belə davranışını təbii hesab etmək olar, çünki bu vaxt ərzində biz Ermənistan hakimiyyəti tərəfindən xarici siyasət strategiyasında anlaşılan hərəkətləri görmədik. Ermənistanın rəhbərliyində dəqiq təsəvvür yoxdur ki, Türkiyə ilə nə etmək lazımdır. İrəvan deyir ki, Türkiyə Qarabağ probleminə qarışmamalıdır. Amma Ankaranın qarışmamasına alternativ olaraq, Ermənistanın blokadasının aradan qaldırmasını təklif etmək olar. Bu, Qarabağ münaqişəsinin nizama salınması üçün daha əlverişli şərait və atmosferi yaratmağa imkan verəcək. Bu, mövcud mübahisələrin nizama salınmasının çoxsaylı yollar və variantlarından biridir. Ermənistan xarici siyasətdə yalnız Türkiyə deyil, həm də başqa istiqamətlərdə bütöv və hərtərəfli yanaşmaların hazırlamasına ehtiyac duyur”, - Qeqamyan Ermənistan hakimiyyətinin xarici siyasət strategiyasının dalana dirəndiyinə işarə edib.

O həmçinin hesab edir ki, Ermənistan və Türkiyənin münasibətlərində Rusiya mühüm rol oynaya bilərdi. Türkoloqun sözlərinə görə, Ermənistan-Türkiyə-Rusiya formatını yığılmış məsələlərin müzakirəsinin maraqlı meydançası ola bilər.

“Rusiya nüfuzlu oyunçudur, Ermənistanın strateji müttəfiqidir, eyni zamanda Ankarayla sıx münasibətlərə malikdir. Moskva bu məsələnin həlli üçün əlində olan linglərdən istifadə edə bilərdi”, - o yekunlaşdırıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm