Gürcüstan Venesuelanın yeni prezidenti barədə QƏRAR VERDİ
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstan Venesuelanın yeni prezidenti barədə QƏRAR VERDİ

Gürcüstan Venesuela parlamentinin spikeri və müxalifət lideri Juan Quaydonu müvəqqəti prezident kimi tanıdı.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

“Venesuelada keçirilən prezident seçkilərinin nəticələrinin tanınmaması haqqında bəyanatları izləyərək, Gürcüstan Juan Quaydonu müvəqqəti prezident kimi tanıyır. Gürcüstan partnyorlarımızın bəyanatlarını alqışlayır, demokratiya və azadlıq üçün mübarizədə Venesuela xalqını dəstəkləyir”, - Zalkaliani tvitter səhifəsində yazıb.

Xatırladaq ki, Venesuela parlamentinin spikeri və müxalifət lideri Juan Quaydo ötən gün özünü ölkənin müvəqqəti prezidenti elan edib və and içib. O bildirib ki, silahlı qüvvələrin dəstəyi ilə dövlət başçısının vəzifələrini icra etməyə hazırdır.

Bundan sonra ABŞ prezidenti Donald Tramp Juan Quaydonu müvəqqəti prezident kimi tanıyıb.

Venesuela prezidenti Nikolas Maduro ABŞ-la bütün diplomatik əlaqələri kəsdiklərini bəyan edib. Ölkə başçısı amerikalı diplomatlara Venesuelanı tərk etmək üçün 72 saat vaxt verib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm