Cənubi Qafqaz
Saakaşvili Gürcüstanda hakimiyyəti belə dəyişəcək: 72 saat...
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkə rəhbərliyinin dəyişilməsi ssenarisini açıqlayıb.
Publika.az xəbər verir ki, ABŞ-dan “Rustavi 2” televiziya şirkətinin efirinə qoşulan Saakaşvilinin sözlərinə görə, onun 72 saat azad hərəkəti təmin edilən kimi vətənə qayıdacaq və rəhbərliyi sülh yolu ilə əvəz edəcək.
“Hesab etsəm ki, Gürcüstanın aktiv hissəsi və müxalifət ölkədə 72 saat azad hərəkətimi təmin etməyə hazırdır, mən vətəndə olacağam. Bu, sülh yolu ilə rəhbərliyin dəyişməsi ssenarisidir”, - Saakşvili deyib.
O əlavə edib ki, Gürcüstanı idarə edən komandanın qurucusu Bidzina İvanişvili ilə mübarizə aparır.
“Gürcüstan hakimiyyəti mənə o anı xatırladır ki, dəlilər dəlixanada həkimləri bağlayıblar. İndi əsas məsələ faciəsiz, zorakılıqsız və qurbanlarsız dəliləri neytrallaşdırmaq”, - keçmiş prezident deyib.
Qeyd edək ki, Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib. Vətənində ona qarşı bir sıra cinayət işi qaldırılıb və onlardan bəzilərinə görə qiyabi həbs edilib. Saakaşvili ölkədaxili axtarışa verilib. Gürcüstan hakimiyyəti bir neçə dəfə bildirirb ki, sabiq prezidenti sərhədi keçən kimi saxlayacaqlar.
-
Avropa03:18
Vətənlərinə qayıtmaq istəyən suriyalılara pul təklif ediləcək - MƏBLƏĞ
-
Avropa02:43
Makronu xoruza bənzətdilər
-
İdman02:19
“Liverpul”u və Kloppu təhqir edən hakim qovuldu
-
Yaxın Şərq01:15
İsrail Suriyadakı silah anbarlarını bombaladı
-
Qoroskop00:35
Günün qoroskopu: Yeni işlərə hazır olun!
-
Nəqliyyat9 Dekabr 23:55
Taksidən istifadə edənlərə ŞAD XƏBƏR
-
Hadisə9 Dekabr 23:25
Nazirliyin tabeliyindəki zavodda YANĞIN oldu
-
Hadisə9 Dekabr 23:09
Sumqayıtdakı partlayışda ölən ata və oğlunun FOTOSU