Bakının bəyanatına İrəvandan cavab: Tələsmək lazım deyil...
Bizi izləyin

Cənubi Qafqaz

Bakının bəyanatına İrəvandan cavab: Tələsmək lazım deyil...

Ermənistan Qarabağın təhlükəsizliyinin qarantıdır, o, danışıqlarda iştirakı qəbul edir və buna davam edəcək.

Axar.az xəbər verir ki, bu sözləri mediaya açıqlamasında Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan Baş nazir N.Paşinyanın “Ermənistan konflikt tərəfidir” sözlərinin reallığı əks etdirib-etdirmədiyi barədə suala cavab olaraq deyib.

Ermənistan və Azərbaycan dövlət başçılarının görüşünə gəlincə, Mnatsakanyan tələsməməyi məsləhət görüb.
“Tələsmək lazım deyil. Biz bu prosesi elə aparmaq istəyirik ki, nəticə olsun və əmin olaq ki, növbəti addımla dinamikanın saxlanılmasına nail olacağıq”, - o bildirib.

“Dinamika hazırda saxlanılırmı” sualına nazir müsbət cavab verib:

“Əgər məndən soruşursunuzsa, inanıram ki, səhv etmirəm - bəli, saxlanılır”.

“Azərbaycan XİN-in danışıqlardan çıxma bəyanatı təhdid sayılırmı” sualına Mnatsakanyan “Biz işləməyə davam edirik, qoy, onlar düşünsünlər” deyə cavab verib.

Qeyd edək ki, Paşinyanın “Sülh naminə ərazilər”in müzakirə olunmadığı barədə açıqlamasına Azərbaycan XİN kəskin reaksiya vermişdi.

“Hamının bildiyi kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların əsasında məhz Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılması dayanır. Belə halda sual yaranır: Cənab Paşinyanın mövqeyi danışıqlardan imtina etmək anlamına gəlir?” – XİN sözşüsünün açıqlamasında bildirilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm