Ermənilər sağ qalmaq üçün BUNU EDİRLƏR - Yeqanyan DƏHŞƏTLİ DURUMU AÇDI
Bizi izləyin

Cənubi Qafqaz

Ermənilər sağ qalmaq üçün BUNU EDİRLƏR - Yeqanyan DƏHŞƏTLİ DURUMU AÇDI

Ermənistanın əhalisi 2018-cu ildə təxminən 7 min nəfər azalıb.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda “Portativlik və miqrasiya axınları: çağırışlar və Ermənistanın imkanları” mövzusunda keçirilən konfransda demoqraf Ruben Yeqanyan bildirib.

Onun sözlərinə görə, ölkəni tərk edən ermənilərin vətənə qayıdışının xeyrinə tək amil ötən il baş verən hakimiyyət dəyişikliyi ola bilər. Demoqraf bunun üçün başqa heç bir amilin olmadığını deyib.

Yeqanyan vurğuladı ki, Ermənistandan əmək emiqrasiyası hazırda sağ qalmaq xarakteri daşıyır.

“SSRİ dövründə rəqəmlər indikindən daha aşağı idi, hədəflər də müxtəlif idi. Əgər SSRİ zamanı insanlar daha yaxşı qazanc və həyat səviyyəsini yüksəltmək üçün ölkədən çıxırdısa, bu gün onlar sağ qalmaq üçün xaricə gedirlər”, - o qeyd edib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm