Moskva ƏMR VERDİ: Ermənistan ordusu müharibəyə girir
Bizi izləyin

Cənubi Qafqaz

Moskva ƏMR VERDİ: Ermənistan ordusu müharibəyə girir

Ermənistan ordusu Suriyada hərbi əməliyyatlarda iştirak edə bilər.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan deyib.

Tonoyan qeyd edib ki, Ermənistanın humanitar missiyası Suriya hökumətinin müraciətindən sonra bu ölkəyə göndərilib.

“Bu missiya tam şəkildə qanuna uyğundur. Əgər hərbi əməliyyatlarda iştirak ehtiyacı yaranarsa, Ermənistan qanunauyğun formada iştirak edəcək”, - deyə o bildirib.

Qeyd edək ki, Ermənistan Rusiyanın istəyindən sonra Suriyaya humanitar missiya göndərib. D. Tonoyanın Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşdən sonra belə açıqlama verməsi ehtimal etməyə imkan verir ki, erməni hərbiçilərin hərbi əməliyyatlarda iştirakını da Moskva tələb edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm