Gənclərə “rəngli inqilab”ların ixracını necə öyrədirlər: İrəvan-Soros əməkdaşlığının ŞOK DETALLARI
Bizi izləyin

Cənubi Qafqaz

Gənclərə “rəngli inqilab”ların ixracını necə öyrədirlər: İrəvan-Soros əməkdaşlığının ŞOK DETALLARI

Amerikalı milyarder Corc Sorosun sosial şəbəkədə bu ayın əvvəlində “ABŞ Ermənistanda gənc demokratiyanı necə dəstəkləməyə bilər" başlıqlı məqaləni paylaşmasından aylar əvvəl, işğalçı ölkədə hakimiyyət dəyişikliyinin ABŞ, o cümlədən Soros Fondunun yaxın dəstəyi ilə baş tutduğu məlum idi. Nikol Paşinyanı hakimiyyətə gətirən ABŞ-ın əsas növbəti hədəfinin də burada digər ölkələrdən olan gənclərə Qərbin pulu ilə dövlət çevrilişlərini həyata keçirməyi öyrətmək olduğu da sirr deyil.

Publika.az xəbər verir ki, məhz ikinci cümlədəki fikir Rusiyanın “Russian Today” telekanalının saytında dərc edilən məqalənin başlığıdır: “İnqilab üçün dəb: gənclərə Qərb pulu ilə dövlət çevrilişləri etməyi öyrədirlər”.

Məqalədə bildirilir ki, İrəvanda Praqa Vətəndaş Mərkəzi (Prague Civil Society Centre) tərəfindən “CampSamp” seminarının təşkil edilməsi də bu planın bir hissəsidir. Təşkilat 2017-ci il avqustun 2-dən “ABŞ-ın Düşmənlərlə Sanksiyalar Yoluyla Mübarizə Aparma Qanunu” (CAATSA) çərçivəsində maliyyə alır. Bu sənədin 254-cü maddəsinə görə, təşkilat 2018-2019-cu illərdə “Rusiya təsirinə əks-təsir” üçün 250 min dollar maliyyə almalıdır. Vaşinqtondanlı yüksək vəzifəli siyasətçilərin fikrincə, “Rusiya təsiri” Ermənistan, Şimali Atlantika İttifaqı ölkələri və onun potensial üzvləri olan Gürcüstan, Moldova, Kosovo, Serbiya və Ukraynanın üzərində yayılır.

“İrəvan mitinqi göstərdi ki, Dövlət Departamentinin pulu heç yerə itmir. Etiraz marketinqinin ustaları olduqca bacarıqlı vasitələrə yiyələnirlər və bütün qaydalarla öz orbitinə şəbəkə marketinqinin aktiv auditoriyasını toplayırlar. Ermənistan “CampSamp” seminarının keçirilmə yeri olaraq təsadüfi seçilməmişdi. Serj Sarkisyanın devrilməsindən sonra MDB-nin bütün ölkələrinin müxalifətçiləri etirazlar üçün ilham almaq məqsədiylə İrəvana yönəliblər”, - məqalədə deyilir.

Bildirilir ki, seminarda 150 qonaq var idi, onlar əsasən Praqadan olar kuratorların hesabına gəlmişdilər. Meyarlardan biri isə iştirakçıların 20-40 yaşlarında olması idi.

“Postsovet məkanının başqa ölkələrindən gəlmiş oğlanlar və qızlar yerli spikerləri qəhrəmanlar kimi alqışlayırdlar, əmin olurdular ki, onların enerjisi ilə özlərində də həmçinin alınacaq. Gənc fəallara izah edirlər ki, bir halda ki, onlar əsl KİV-lə yarışa bilmirlər, onda “Odnaklasnik”, “VKontakte” və “Facebook” sosial şəbəkələrdən istifadə etmək lazımdır. Belaruslular və rusiyalıların səsləri eşidilir ki, onlar müvəffəqiyyətli həmkarlarının etiraz təcrübəsini təkrarlamağa arzu edirlər. Məsələn, Permdən olan Vanya ruh yüksəkliyi ilə danışır ki, o, “inqilabın ixracı” üçün gəlib. Avropa demokratik fikrinin nümayəndələri, “dostlar” və təşkilat Praqadan olan partnyorları 4 gün ərzində (seminra 2018-ci ilin noyabrında keçirilib –red.) erməni “məxməri inqilabı”nın təcrübəsini öyrətdilər”, - məqalədə bildirilir.

Seminar çərçivəsində etiraz əhval-ruhiyyələrinin irəliləyişi üzrə bir neçə təlim keçirildi.

Panelərdən birinin aparıcısı hakimiyyətlə mübarizənin müxtəlif strategiyalarından danışır və bu sahədə müvəffəqiyyət qazanmış bir neçə təşkilatın adını açıqlayır. Bunlardan biri Beynəlxalq Böhran Qrupudur (NKA). Corc Soros təşkilatın icraçı direktorudur. Digər bir təşkilat isə “Amnesty International”dır. Sorosun lideri olduğu Açıq Cəmiyyət İnstitutu bu təşkilatın əsas maliyyə dayağı hesab olunur.

Qeyd edək ki, ABŞ tərəfindən maliyyələşdirilən iniqilbaçı gənclərin yetişdirməsi üzrə mərkəzin fəaliyyətə başlamasına dair material yayan “Russia Today” ilə yanaşı, bu cür reportajlar digər dövlət kanallarında da gedib, “Rossiya1” və dövlər kanallarında gedən siyasi tok-şouların müzakirə mövzusuna çevrilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm