İrəvan Xocalı faciəsi haqqında həqiqəti danışan deputatdan qısas alır
Bizi izləyin

Cənubi Qafqaz

İrəvan Xocalı faciəsi haqqında həqiqəti danışan deputatdan qısas alır

Ermənilər Bakıda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş ümumxalq yürüşündə iştirak etmiş Rusiya Dövlət Dumasının deputatı, dəfələrlə Olimpiya çempionu olmuş İrina Rodninadan qisas almaq qərarına gəliblər.

Publika.az “Jamanak” nəşrinə istinadən xəbər verir ki, Ermənistan parlamentinin deputatları İrəvanda İrina Rodninanın adını daşıyan fiqurlu konkisürmə idman məktəbinin adını dəyişdirməyi təklif ediblər.

“Bəzi deputatlar 2015-ci ildə qəbul edilmiş qərarı dəyişdirməyə və məktəbi adını dəyişdirilməsi ilə bağlı İrəvan Ağsaqqallar Şurasına təkliflə çıxış etmək niyyətindədir”, - nəşr yazıb.

Qeyd edək ki, İrina Rodnina erməni ictimaiyyətini Xocalı soyqırımından nəticə çıxarmağa çağırıb. Onun sözlərinə görə, bütün dünyada insanları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən cinayətlər barədə məlumatlandırmaq lazımdır.

Əlavə edək ki, İrina Rodnina Rusiya-Ermənistan parlamentlərarası dostluq qrupunun üzvüdür.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm