Cənubi Qafqaz
Ermənistan parlamentində qapalı Qarabağ müzakirəsi: Mnatsakanyan yola salınır
Bu gün Ermənistan parlamentinin xarici əlaqələr üzrə
daimi komitəsində qapalı iclas keçirilib.
Publika.az xəbər verir ki, xarici işlər naziri Zoqrab
Mnatsakanyan görüşə dəvət olunub.
Əlavə məlumat verilməsə də, diqqətçəkən əsas məqam nazirin xüsusi
gündəm olmadan qapalı iclasa dəvət olunmasıdır.
Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun
həmsədrlərinin son bəyanatından sonra yeni plan üzərində
fikirləşir.
Əsas versiya qapalı iclasda Dağlıq Qarabağ münaqişəsi ətrafında son
vəziyyətin müzakirəsidir, Mnatsakanyanın dəvəti də bununla bağlı
ola bilər. Lakin burada “Past” nəşrinin bir neçə gün öncə
diplomatik mənbələrə istinadən yaydığı informasiya da yada
düşür.
“Ölkə hakimiyyətində Qarabağ məsələsi üzrə bir neçə variant var.
Ancaq xüsusilə ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatından
sonra, bizim məlumatlarımıza əsasən, Paşinyan yeni plan üzərində
düşünməyə başlayıb. O, çox xoş olmayan proseslərin perspektivi
halında növbəti “günah keçisi”ni axtarmağa başlayacaq və
məsuliyyəti xarici siyasətə görə cavabdeh şəxs kimi Zoqrab
Mnatsakanyanı üzərinə qoyacaq. Bu halda, o sadəcə bir tərəfdən vaxt
udmaq, digər tərəfdən günahın bütün yükünü Zoqrab Mnatsakanyanın
üzərinə qoymaq üçün onu əvəzləyəcək”, - nəşr yazırdı.
Mümkündür ki, iclasda naziri “küncə sıxışdıracaq” və baş verənlərə,
xüsusilə Minsk qrupunun Ermənistanın maraqlarına uyğun olmayan
ədalətli mövqeyinə görə günahı Mnatsakanyanın üzərinə
qoyacaqlar.
Asif
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?