Azərbaycanla sərhəddə Ermənistan polisinin saxtakarlığı
Bizi izləyin

Cənubi Qafqaz

Azərbaycanla sərhəddə Ermənistan polisinin saxtakarlığı

Ermənistanda polis əməkdaşına qarşı özünə xəsarət yetirmək maddəsi ilə ittiham irəli sürülüb.

Publika.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə 2018-ci il sentyabrın 2-də baş verib. Həmin polis xidmətdən müvəqqəti yayınmaq məqsədilə snayperlə çiyin nahiyəsinə atəş açaraq özünü yaralayıb. Ermənistan Müdafiə Nazirliyinə isə həmin polis əməkdaşının Azərbaycan tərəfdən açılan atəş nəticəsində vurulduğuna dair məlumat verilib. O, bu “qəhrəmanlığına görə” “Polis qoşunlarında əla xidmətə görə” döş nişanı ilə təltif edilib. Ancaq sonradan bütün bunların uydurma olduğu, ona verilən 12 gülləni boş yerə qarşı tərəfə atəş açdığı müəyyənləşib. Əldə edilən dəlil-sübutlara əsasən, hərbi xidmətdən müvəqqəti yayınma, süni sübut yaratmağa cəhd, hərbi mülkiyyəti israf etmək maddələri üzrə cinayət işi başlanılıb, istintaq davam edir.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədində Ermənistan Polis Qoşunu xidmət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm