Bakı Kremlə Paşinyanın adamıyla bağlı məxfi sənəd verdi - İDDİA
Bizi izləyin

Cənubi Qafqaz

Bakı Kremlə Paşinyanın adamıyla bağlı məxfi sənəd verdi - İDDİA

Azərbaycan hakimiyyəti Kremlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan haqqında “ağıryüklü qovluq” verib.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Ermənistanın “Qraparak” qəzeti özünün Moskvadakı mənbələrinə istinadən yayıb. Məlumata görə, təqdim edilən qovluqda Qriqoryanın Təhlükəsizlik Şurasının katibi olmazdan əvvəl iştirak etdiyi, eləcə də təşkil etdiyi bütün antirusiya və antiputin tədbirləri yer alıb.

Erməni mətbuatının iddiasına görə, guya Azərbaycan hakimiyyəti bununla Qriqoryanın hələ də rusofob olduğunu və Ermənistanın onun sayəsində hələ də antirusiya siyasətini davam etdirdiyini Kremlə sübut etmək istəyib.

Qeyd edək ki, Qriqoryan Soros Fondu ilə çox yaxın əlaqələri olan şəxs sayılır. Paşinyan hakimiyyətə gəldikdən sonra məhz o, dəfələrlə Rusiya mətbuatı və deputatlarının Ermənistana qarşı tənqidlərində istifadə etdikləri əsas alət olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm