Cənubi Qafqaz
Azərbaycanlıların rayonunda Abxaziyadan olan köçkünlər yerləşdiriləcək
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda Abxaziyadan olan 32 məcburi köçkün ailəsi üçün qəsəbə salınacaq.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, qəsəbə Gürcüstan və Almaniya hökumətləri arasında imzalanmış 10 milyon avro məbləğində qrant müqaviləsi çərçivəsində inşa olunacaq.
Layihə ilə bağlı Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyində görüş keçirilib. Görüşdə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Marneuli rayon icra başçısı səlahiyyətlərini müvəqqəti icra edən Zaur Tabatadze, Danimarka Qaçqınlar Şurasının Gürcüstan nümayəndəliyinin direktoru Vinsent Donto və digər şəxslər iştirak ediblər.
Bildirilib ki, tikintisinə bu il başlanılacaq qəsəbə 2021-ci ildə istifadəyə veriləcək. Layihəyə əsasən, məcburi köçkün ailələri üçün fərdi evlərdən ibarət kənd tipli qəsəbə inşa olunacaq. Bu evlərin tikintisi ilə bağlı ilkin büdcə 25 min avro təşkil edir. Yeni evlərdə məskunlaşacaq məcburi köçkünlərin məşğulluğu üçün qrantların ayrılması da nəzərdə tutulub.
Almaniya İnkişaf Bankının (KfW) maliyyələşdirəcəyi layihəni Danimarka Qaçqınlar Şurası həyata keçirəcək.
-
Dünya09:54
Çin anons etdi: Yeni “gözəgörünməz” gəlir
-
Sosial09:12
MİDA bu ərazilərdə güzəştli mənzilləri satışa çıxarır
-
Hadisə08:46
Azərbaycanda bir bağça 4-cü dəfə yandı: Nə baş verir? - VİDEO
-
Nəqliyyat08:34
Bakıda bu yollarda tıxac var - SİYAHI
-
İdman06:16
“Beşiktaş” “Makkabi”ni Bakıda qəbul edəcək?
-
Magazin103:35
“Sosial media məni iki dəfə ərə verib” - Sevinc Əliyeva
-
Dünya01:20
Nazir dəmiryolu vağzalındakı hadisəyə görə istefa verdi
-
Qoroskop00:40
Günün qoroskopu: gözlənilməz hadisələr baş verəcək