Ermənistanda hərbçilər qəzaya uğradı: 18 nəfər... - FOTO
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda hərbçilər qəzaya uğradı: 18 nəfər... - FOTO

Ermənistanın Sünik vilayətində "ZİL-131" markalı hərbi yük maşını qəzaya uğrayıb.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində 18 hərbi qulluqçu yaralanıb.

Hadisə Mehri-Sirani avtomobil yolunun 22-ci kilometrliyində baş verib. Avtomobil yolun hərəkət hissəsindən çıxaraq qayaya çırpılıb və aşıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan hadisənin səbəblərinin araşdırıldığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm