Paşinyana Strasburqda BÖYÜK ŞOK: çıxışını kəsdilər, sonra..
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyana Strasburqda BÖYÜK ŞOK: çıxışını kəsdilər, sonra..

Ermənistanın baş naziri Nikol Paşinyanın Strasburqa səfəri zamanı Fransadakı erməni icması ilə görüşündə qalmaqal yaranıb.

Publika.az
xəbər verir ki, aprelin 11-də erməni icması ilə keçirilən görüşdə Nikol Paşinyana Ermənistanda seçkiləri saxtalaşdırmaq ittihamı irəli sürülüb.

“İnqilabdan sonra da seçicilərin pulla ələ alınması halları var”, - deyə icmanın üzvlərindən biri bildirib.

Paşinyan isə həmin erməniyə məsləhət görüb ki, Ermənistana gəlsin və bu haqda polisə məlumat versin.

“Lakin bu məlumatlar doğru olmasa, sizi həbs edə bilərlər”, - deyə o bildirib.

Daha sonra görüşdə qarışıqlıq baş verib və iştirakçılar arasında qalmaqal yaranıb. Paşinyan çıxışını yarımçıq saxlamağa məcbur olub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm