Ermənilər Yusifə görə İrana təşəkkür etdi
Bizi izləyin

Cənubi Qafqaz

Ermənilər Yusifə görə İrana təşəkkür etdi

Ermənistanın baş naziri Nikol Paşinyanın İran səfəri zamanı ermənilərlə görüşdə “Arsax (Qarabağ) – bu, Ermənistandır” plakatının asılmasına etiraz olaraq, “Traktorsazi” klubunun azarkeşlərinin “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndirməsindən sonra təşkilatçı qismində saxlanılan Yusif Salaxşura 30 şallaq cəzası verilib. Azərbaycanda etirazla qarşılanan cəza Ermənistanda böyük sevincə səbəb olub.

Publika.az
xəbər verir ki, “aysor” saytında İranın Qarabağa görə azərbaycanlıya cəza verməsini dəstəkləyən məqalə dərc olunub.

Müəllif Boqdan Atanesyan Cənubi Azərbaycandakı soydaşlarımızı “etniklər” adlandırır, Nizaminin, Füzulinin, Xəqaninin fars şairi olduğunu iddia edir və verilən cəzanı haqlı çıxarır. Atanesyan İranın de-fakto Dağlıq Qarabağ separatçılarını tanıdığını da iddia edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm