Cənubi Qafqaz
Gürcüstan prezidentindən sərhəddəki olaylara reaksiya
Gürcüstan prezidenti Salome Zurabişvili ümumi sərhəddə razılaşmanın Gürcüstan və Azərbaycan arasındakı dostluğun möhkəmləndiriləcəyinə və mövcud olan bütün məsələləri aradan qaldıracağına əminliyini ifadə edib.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Gürcüstan prezidentinin media-spikeri Xatiya Moissrapişvili deyib.
O qeyd edib ki, sərhədin və onun delimitasiyasının razılaşdırılması mövzusu bu yaxınlardakı hadisədən- Azərbaycan sərhədçilərinin Udabno gürcü monastırına gedən yolu bir neçə günlüyə kəsmələrindən sonra yenidən gündəmə gəlib.
Xatırladaq ki, 25 apreldə gürcü tərəfi Azərbaycan sərhədçilərinin Keşikçidağ (David Qareci) kompleksinə yolu kəsdiklərini bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu məlumatı şərh edərkən bəyan edib ki, Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiyasının tərəfdarı olub: “Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə prosedurları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur.
Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır”.
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər