Cənubi Qafqaz
Qarabağda şok ssenari: 4 müsəlman ölkəsi İrəvanı... - Özər HƏR ŞEYİ AÇDI
Səudiyyə Ərəbistanı, Bəhreyn və Misir artıq bir neçə ildir Türkiyə və Rusiyaya qarşı hibrid müharibə aparır. İndi bu qarşıdurmaya Cənubi Qafqaz ölkələrini də aktiv şəkildə daxil etməyə çalışırlar.
Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında türkiyəli siyasi ekspert Engin Özər deyib.
“Hazırkı mərhələdə BƏƏ kürdləri aktiv şəkildə silahlandıraraq onlarla əməkdaşlığı gücləndirir. Bunların hamısı Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirin Türkiyəyə qarşı alovlandırdıqları hibrid müharibəsinin formasıdır. İndi bu müharibə formalarından biri də Qarabağ olacaq. Sözsüz ki, onların erməni ordusunu maliyyələşdirməyə başlayacağına heç bir şübhə yoxdur. Güman ki, artıq başlayıblar”, – deyə o bildirib.
Onun sözlərinə görə, BƏƏ və Səudiyyə Ərəbistanı yaxın zamanlarda İraqın şimalında və Fərat çayının şərqindəki kürd hərbi birləşmələrini silahlandırmağa başlaya bilərlər:
“Maliyyə baxımından Ermənistan ordusunun işləri çox pisdir. Bu isə Vaşinqtonun əlinə oynayır, hansı ki, BƏƏ-nin vasitəsilə öz maraqlarını gerçəkləşdirir. Amerikanın Qafqazda təsiri artıq çox güclü hiss olunur. Bu, ilk növbədə Rusiyaya təhdid yaradır. Ona görə də BƏƏ müdafiə nazirinin səfəri Türkiyə və Rusiyaya qarşı yönələn addım idi. Ermənistan Paşinyan dönəmində məmnuniyyətlə müxtəlif təxribatlara uyaraq, Rusiyanın təsir orbitindən çıxıb ki, bu da öz növbəsində Qafqazdakı kövrək balansı pozur. Özünüzün də gördüyünüz kimi, Türkiyəyə qarşı hibrid müharibəsi artıq Qafqazda və xüsusilə Azərbaycanın sərhədləri yaxınlığında gedir”.
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ