Cənubi Qafqaz
Sərhədin delimitasiyası üzrə komissiyanın ilk iclası Bakıda keçiriləcək
"Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın ilk iclası Bakıda keçiriləcək".
Publika.az "Report"a istinadən xəbər verir ki, bu barədə komissiyanın Gürcüstan tərəfindən olan sədri, xarici işlər nazirinin müavini Laşa Darsalia azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.
O, mayın 14-də Bakıya səfər edəcəyini bildirib: “Mayın 15-də komissiyanın ilk iclası baş tutacaq. Mən azərbaycanlı həmkarımla görüşəcəm. Biz çətin, lakin həlli mümkün olacaq məsələni müzakirə edəcəyik”.
L.Darsalia qeyd edib ki, hazırkı mərhələdə Gürcüstan tərəfindən komissiyada dövlət qurumları ekspertlər səviyyəsində təmsil olunublar.
XİN rəsmisi bildirib ki, Gürcüstan-Azərbaycan münasibətlərində heç bir problem yoxdur: “Ölkələr arasında müzakirə olunan məsələlər var. Əminəm ki, hər iki ölkə bir-birinin maraqlarını nəzərə alaraq, istənilən məsələni yoluna qoya bilər”.
Qeyd edək ki, Gürcüstan hökumətinin bugünkü iclasında Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın tərkibi təsdiqlənib.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO