Gürcüstan Patriarxlığı: Keşikçi Dağı ilə bağlı vəziyyət sabitləşib
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstan Patriarxlığı: Keşikçi Dağı ilə bağlı vəziyyət sabitləşib

"Danışıqlar nəticəsində Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı vəziyyət sabitləşib".

Publika.az "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığının yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, Çiçxitura məbədi açılıb və ziyarətçilər abidəni maneəsiz ziyarət edə bilirlər: "Ümid edirik ki, sərhədin demarkasiya prosesi sülh şəraitində keçəcək, Gürcüstan və Azərbaycan dövlətləri arasında dostluq daha da möhkəmlənəcək".

Daha əvvəl bildirilirdi ki, Azərbaycanla Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı fəal danışıqlar aparılır və artıq bəzi müsbət addımlar atılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm