Gürcüstan su altında qaldı - FOTO
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstan su altında qaldı - FOTO

Gürcüstanda yağan dolu və güclü leysan yağışları ciddi problemlər yaradıb.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, mayın 12-də günün ikinci yarısında paytaxt Tbilisinin Diqomi, Nutsubidze, Mtatsminda yaşayış massivlərinə dolu düşüb.

Dolu avtomobillərə və evlərə ciddi ziyan vurub. Yaranmış vəziyyətlə əlaqədar fövqəladə hallar xidməti fasiləsiz iş rejiminə keçib.

Dolunun ardınca yağan güclü yağış nəticəsində paytaxtın Sanzona və Qldani yaşayış massivlərində evlərin birinci mərtəbəsini, zirzəmiləri, ictimai iaşə obyektlərini su basıb.

Bölgələrdə də acınacaqlı vəziyyət yaranıb. Bəzi bölgələrdə dolu üzüm bağlarını məhv edib, evlər və əkin sahələri su altında qalıb. Çayların daşması nəticəsində yollar dağılıb.

Fövqəladə Hallar Xidmətinə yaranmış problemlərlə əlaqədar onlarla müraciət daxil olub.

Gürcüstanın Milli Ətraf Mühit Agentliyi isə yağıntıların daha da artacağı barədə məlumat yayıb. Məlumatda deyilir ki, mayın 12-dən 14-dək ölkə ərazisində, xüsusən də şərq bölgəsində leysan yağışları, dolu və güclü külək gözlənilir. Bunun nəticəsində yollarda, dağlıq və dağətəyi bölgələrdə torpaq sürüşməsinin artacağı gözlənilir.

Çaylarda suyun səviyyəsinin artması nəticəsində sel sularının ciddi problemlər yaradacağı istisna edilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm