Nikol xalqı inqilaba çağırdı
Bizi izləyin

Cənubi Qafqaz

Nikol xalqı inqilaba çağırdı

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə inqilabın ikinci və əsas mərhələsinin anonsunu verib.

Publika.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə o öz Feysbuk səhifəsində yazıb:

"Sabah saat 12:00-da mən Ermənistanda inqilabın ikinci mərhələsini elan edəcəm. Ümumxalq dəstəyini səbirsizliklə gözləyirəm”.

Daha öncə Paşinyan həmvətənlərini ölkədəki bütün məhkəmələri blok etməyə çağırmışdı. Bu bəyanat sabiq prezident Robert Koçaryanın azadlığa buraxılmasından dərhal sonra səsləndirilmişdi.

Koçaryanın azadlığa buraxılması üçün Qarabağ separatçılarının sabiq və hazırki rəhbərləri Bako Saakyan və Arkadi Qukasyan girov qoyub və zamin durublar.

Qeyd edək ki, Koçaryan 2018-ci il iyulun 27-dən həbsdə idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm