• USD 1,7000 0,00% EUR 2,0332 +0,58%
    • GBP 2,3412 +0,28% RUB 0,0224 +1,79%

Məhkəmə Koçaryanla bağlı qərar verdi

Məhkəmə Koçaryanla bağlı qərar verdi

Ermənistanda birinci instansiya məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryana qarşı cinayət işini dayandırıb və onu Konstitusiya Məhkəməsinə göndərib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Koçaryanın vəkillər komandasının mətbuat katibi Elen Arakelyan bildirib.

“Məhkəmə Koçaryan və qalan fiqurantlarin cinayət işini dayandırıb və işi Konstitusiya Məhkəməsinə göndərib”, - Arakelyan deyib.

Onun sözlərinə görə, qərarın hansı əsaslarla qəbul edildiyi hələlik məlum deyil.

Qeyd edək ki, Koçaryan 2008-ci ildə dövlət çevrilişi cəhdilə bağlı ittiham olunur.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR