• USD 1,7000 0,00% EUR 1,9396 +0,30%
    • GBP 2,1676 0,00% RUB 0,0272 +1,10%

Keşişlər Azərbaycana gedən yolu bağladılar

Keşişlər Azərbaycana gedən yolu bağladılar

Gürcüstanın Marneuli rayonunda bir qrup keşiş və dindar Azərbaycana gedən əsas magistral yolda aksiya keçiriblər.

Aksiya iştirakçıları “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə gedən yolu bir neçə dəqiqəlik bağlayıblar.

Nəticədə yolda avtomobillərin hərəkətində məhdudiyyət yaranıb. Marneuli və Xucabi yeparxiyasının təşkil etdiyi aksiya “David Qareci (Keşikçi Dağı Məbəd-Kompleksi – red.) Gürcüstanındır” şüarı ilə keçirilib.

İştirakçılar bildiriblər ki, aksiya xəbərdarlıq xarakteri daşıyır. Onlar Gürcüstan hökumətini məbəd kompleksi ətrafında yaranmış problemi həll etməyə çağırıblar (Report).

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR