Qarabağın iki separatçısı İrəvanda həbs edildi
Bizi izləyin

Cənubi Qafqaz

Qarabağın iki separatçısı İrəvanda həbs edildi

Qondarma Qarabağ rejiminin silahlı dəstələrinin keçmiş rəhbəri Samvel Babayanın tərəfdarlarına hücumla bağlı iki nəfər həbs edilib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Naira Arutyunyan deyib. Həbs edilən şəxslərin Aleksey Balayan və Roland Aydinyan olduğu bildirilib.

Qeyd edək ki, Aleksey Balayan Qarabağda erməni separatçılarının yaratdığı hərbi dəstələrin əsas təsisçisi Vladimir Balayanın oğludur. Roland Aydinyan isə işğal edilmiş Kəlbəcər rayonunun keçmiş “rəhbəri”dir.

Babayanın tərəfdarlarına mayın 29-da hücum olub. Belə ki, onun tərəfdarlarının avtomobilinin qarşısı kəsilərək, gülləbaran edilib. Babayan hücumun qondarma rejimin keçmiş “baş naziri” Araik Arutyunyanın sifarişi ilə gerçəkləşdirildiyini iddia edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm