Cənubi Qafqaz
Ermənistandan xain, Azərbaycandan alqışlanacaq addım - FOTOFAKT
Ötən gün ABŞ-ın Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının 73-cü sessiyasında Gürcüstan və 44 ölkənin irəli sürdüyü qətnamə qəbul olunub.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrindən olan məcburi köçkün və qaçqınların statusu barədə” qətnaməni 79 ölkə dəstəkləyib, 15 ölkə əleyhinə səs verib, 57 ölkə isə səs verməyib. Səsvermədə 39 ölkə iştirak etməyib.
Azərbaycan Gürcüstanın təqdim etdiyi qətnaməni dəstəkləyən ölkələrdən biri olub. Ermənistan isə səsvermədə iştirak etməyən ölkələrin sırasında yer alıb.
Gürcüstanı dəstəkləməyən ölkələr Belarus, Burundi, Komor adaları, Kuba, Şimali Koreya, Laos, Myanma, Nauru, Nikaraqua, Rusiya, Sudan, Suriya, Venesuela, Vyetnam və Zimbabve olub.
Gürcüstan XİN qətnaməni dəstəkləyən ölkələrə minnətdarlığını bildirib.
Qeyd edək ki, 2008-ci ildən etibarən BMT Baş Assamleyasında Gürcüstanın işğal altındakı ərazilərdən olan məcburi köçkün və qaçqınların öz torpaqlarına qaytarılması ilə bağlı qətnamə qəbul olunur. Azərbaycan davamlı olaraq qətnaməni dəstəkləyir, Ermənistan isə bu ilə qədər sənədin əleyhinə səs verib (Report).
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO