Tbilisidə növbəti etiraz aksiyasında tələblər açıqlandı - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Cənubi Qafqaz

Tbilisidə növbəti etiraz aksiyasında tələblər açıqlandı - FOTO (YENİLƏNDİ)

Tbilisidə keçirilən etiraz aksiyasında tələblər açıqlanıb.

Etirazçılar ilk növbədə Gürcüstanın daxili işlər naziri Georgi Qaxariyanın istefasını tələb edirlər.

İştirakçıların növbəti tələbi iyunun 20-də keçirilən aksiyanın amansızcasına dağıdılmasında iştirak edən polis əməkdaşlarının cəzalandırılması ilə bağlıdır. Aksiyanın digər tələbi proporsional seçki sistemi ilə növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

Aksiyaya müxalif siyasətçilər Gigi Uqulava, Giqa Bokeria və digərlərinin gəlməsi iştirakçılar arasında narazılıq yaradıb. Onların bəziləri aksiyanı tərk edib.

***

19:42

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında növbəti etiraz aksiyası başlayıb.

Publika.az “Report”a istinadən xəbər verir ki, hazırda aksiya iştirakçıları parlamentin önünə toplaşır.

Aksiyada kütləviliyin azaldığı müşahidə olunur. Əraziyə polis və təcili tibbi yardım maşınları cəlb olunub. Üç gündür davam edən aksiyanın bugünkü tələbləri hələ açıqlanmayıb. Aksiyaya müxalif partiyaların nümayəndələri də qoşulub.

Ötəngünkü aksiyanın tələbləri daxili işlər naziri Georgi Qaxariyanın istefası və növbədənkənar parlament seçkiləri olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm